Mühasibatlıq və 1C

Praktiki Mühasibatlıq Uçotu və 1C təlimində keçirilən mövzular aşağıdakılardır:

“Praktiki Mühasibat Uçotu” proqramında keçiriləcək mövzuların qısa başlıqları

 

Giriş

  • Uçotun növləri - Mühasibat uçotu və məzmunu Maliyyə hesabatlarının elementləri

 

Balansın quruluşu

  • İkili yazılış üsulu (müxabirləşmələr), Hesablar Planı Kapitalın uçotu (Nizamnamə kapitalının yaranması)

 

Uzunmüddətli aktivlərin uçotu

  • Qeyri Maddi Aktivlər Torpaq Tikili Avadanlıq Amortizasiya Hesablamaları
  • İnvestisiya mülkiyyəti, Bioloji Aktivlər, İştirak payı metodu ilə Uçota alınmış investisiyalar, təxirə salınmış vergi aktivləri
  • Sair Uzunmüddətli maliyyə aktivləri və sair aktivlər

 

Qısamüddətli aktivlərin uçotu

  • Ehtiyyatların uçotu
  • Ehtiyatların silinmə üsulu, İstehsalat Məsrəfləri Pul vəsaitlərinin uçotu
  • Debitorlarla hesablaşmaların uçotu

 

 

Kapitalın uçotu

  • Emissiya Gəliri, Geri Alınmış Kapital
  • Kapital Ehtiyatları, Bölüşdürülməmiş Mənfəət (Zərər)

 

Uzunmüddətli öhdəliklərin uçotu

  • Faiz xərcləri yaradan öhdəliklərin uçotu Kreditor borcların uçotu Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar 

 

 

Qısamüddətli öhdəliklərin uçotu

  • Faiz xərcləri yaradan öhdəliklərin uçotu
  • Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər Əmək haqqı ilə hesablaşmaların uçotu

 

Maliyyə hesabatlarının tərtibatı

  • Mənfəət və zərər və digər məcmu gəlir haqqında hesabatı (P&L) Maliyyə vəziyyəti haqqında hesabat (Balans)
  • Kapitalda dəyişikliklər haqqında hesabat Pul vəsaitləri haqqında hesabat

 

Dövlət Qurumlarına təqdim olunan hesabatların doldurulması:

  • Sadələşdirilmiş verginin bəyannaməsi Əlavə Dəyər Vergisinin bəyannaməsi  
  • Məcburi dövlət sosial sığortası üzrə rüblükhesabat
  • İşsizlik sığortası üzrə rüblük hesabat Mənfəət Vergisinin bəyannaməsi
  • Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergibəyannaməsi

    Excel

  • Maliyyəçi və mühasiblər üçün iş prosesində vacib olan bütün əməliyyatların əyani göstərilməsi

 

1C 8.3 hissəsində praktik keçiriləcək mövzular:

 

1. Müəssisəni əlavə etmək

2. Kontragent

3. Nomenklatura 4.Anbar

5. İlkin qalıqlar

6. Alış(Mal, xidmət, valyuta alışı, ƏV alışı)

7. İdxal üzrə YGB

8. Əlavə xərclərin daxil edilməsi

9. Satış

10. ƏV uçota alınması

11. ƏV silinməsi

12. QMA alışı

13. QMA uçota alma

14. QMA silinməsi

15. Qaimə faktura əsasında malların silinməsi

16. Kassa Mədaxil( bütün növ üzrə)

17. Kassa Məxaric (bütöv növ üzrə)

18. Avans hesabatı

19. Bank adını yaratmaq

20. Bank hesabın açılması

21. Daxil olan ödəniş (bütöv növ)

22. Çıxan ödəniş tapşırığı (bütün növ üzrə)

23. Ədv depozit mədaxil

24. ƏDV depozit məxaric

25. Konvertasiya

26. Məzənnənin yüklənməsi

27. ƏDV depozit məxaric

28. Konvertasiya

29. Məzənnənin yüklənməsi

30. Ayların bağlanması

 

Performance Finance Academy tələbələrinə təqdim etdiyimiz üstünlüklər hansılardır?

 

- 0-dan tam praktiki tədris;

- Mühasibatlığı 3 sahədə İstehsal, xidmət və tikinti üzrə öyrənmək;

- Hər dərs sonu dərslərin videomateriallarını sizə təqdim edirik;

- Rəsmi sertifikat

- Öz sahəsində dövlət tərəfindən ilin mühasibi seçilən şəxsdən birbaşa tövsiyə məktubu əldə edəcəksiniz;

- İşləyirsinizsə, yaxud gələcəkdə işlədiyiniz müddətdə də öz işiniz üzərindən də ödənişsiz mentorluq dəstəyi;

- Təlimi uğurla bitirən tələbələr təcrübə proqramına yönləndirilir, işlə təmin olunmasına dəstək göstərilir.

 

Təlim müddəti: 3 ay

 

Təlimçilər:  

 

Elşən Salmanov

10 ildən artıq iş təcrübəsinə sahib olan təlimçimiz Elşən Salmanov, Milli Mühasibatlıqla yanaşı, Beynəlxalq Mühasibatlıq ACCA və DipIFR sertifikasiya imtahanlarında da uğurla nəticə əldə etmişdir. Hal hazırda aparıcı şirkətlərdən birində maliyyəçi və baş konsultant vəzifəsində çalışır.

 

Nicat Tağızadə

Mühasibatlıq sahəsində professional olaraq 10 ildən artıq iş təcrübəsinə malik təlimçimiz Nicat Tağızadə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqında müxtəlif sahələr üzrə baş mühasib vəzifəsində çalışmışdır. MHBS üzrə peşəkar mühasibdir. Logo, Mikro, Mühasibat 1C, Pegasoft kimi müxtəlif mühasibatlıq programları üzrə ixtisaslaşmışdır. 

Maliyyə Uçotu

 

Maliyyə uçotu üzrə tədris proqramı aşağıdakıdır:

 

  • - Maliyyə elementləri və maliyyə hesabatları ilə tanışlıq, maliyyə bərabərliyi düsturu
  • - Maliyyə bərabərliyi üzərində artma zalma əməliyyatları
  • - Müxabirləşmələrin verilməsi  qaydası və əməliyyatlar jurnallarında qeydlər
  • - Pul vəsaitləri və ekvivalentləri
  • - Annuitet sistem bə kredit ödənişləri
  • - Debitor və kreditor borclar
  • - Şübhəli və ümidsiz borclar
  • - Debitor xarakterli borclar
  • - ƏDV və onun əvəzləşdirilməsi prosesi
  • - Ehtiyatların ilkin dəyərinin müəyyən edilməsi
  • - Ehtiyatların maya dəyərinin müəyyən edilməsi
  • - Ehtiyatların alışı, satışı və silinməsinin uçotu
  • - FİFO, LİFO və AVCO metodları
  • - Əsas vəsaitlərin ilkin dəyərinin müəyyən edilməsi
  • - Əsas vəsaitlərin kapitallaşma məsrəfləri
  • - Əsas vəsaitlərin amortizasiyası metodları və təmir məsrəfləri
  • - Əsas vəsaitlərin balansdan silinməsi və yenidən qiymətləndirilməsi
  • - Qeyri-maddi aktivlərin ilkin dəyərinin müəyyən edilməsi
  • - Qeyri-maddi aktivlərin kapitallaşma məsrəfləri
  • - Qeyri-maddi aktivlərin amortizasiyası metodları  
  • - Qeyri-maddi aktivlərin balansdan silinməsi
  • - Maliyyə aktivləri və onların uçotu
  • - Qiymətləndirilmiş öhdəliklər və şərti öhdəliklər
  • - Kapital anlayışı və kapitalın növləri
  • - Baş kitabların tərtib edilməsi
  • - Dövriyyə cədvəllərinin hazırlanması
  • - Son sınaq balansının tərtib esilməsi
  • - Yekun Maliyyə Hesabatlarının hazırlanması
  • - Balans hesabatı
  • - Mənfəət (zərər) hesabatı
  • - Kapitalda dəyişikliklər hesabatı
  • - Pul vəsaitlərinin hərəkəti hesabatı

 

Təlimçi:

 Elvin Əlimərdanov

10 ilə yaxın maliyyə, mühasibatlıq sahəsində təcrübəsi olan təlimçimiz - Elvin Əlimərdanov maliyyə sahəsində göstərdiyi xidmətlərə görə həm tədris mərkəzi və universitetlər tərəfindən, həm də müxtəlif konfranslarda bir sıra sertifikatlarla mükafatlandırılmışdır. 2018-ci ildə II Milli Mühasiblər Forumunda “maliyyə uçotu” istiqaməti üzrə “ilin ən yaxşı kitabı” nominasiyasına layiq görülmüş "Mühasibat uçotu" adlı dərs vəsaitinin həmmüəlifidir. Təlimçimiz 2021-ci ildə Mühasiblərin və Auditorların VII Avrasiya Forumunda “ilin ən yaxşı mühasibi” nominasiyasına layiq görülmüşdür.

 

Təlim müddəti: 3 ay

 

Vergi Uçotu

 

Vergi Uçotu təliminin tədris proqramı aşağıdakıdır:

 

  • Müəssisənin mahiyyəti və formaları
  • Ticarət əməliyyatlarının malların uçotu və malın maya dəyərinin formalaşması
  • İstehsal xərcləri
  • TTA uçotu və qeyri-maddi aktivlər
  • Debitor borcları, umidsiz borclar
  • Kreditor borcları və öhdəliklər
  • Valyuta məzənnəsinin uçotu
  • Maliyyə hesabat formaları
  • Əməliyyatların maliyyə bərabərliyi
  • Maliyyə hesabat formaları və düzəliş olunmuş qeydlər
  • Maliyyə hesabatının təhlili və əlavələr
  • Muhasibat uçotunun təkrarı
  • Vergilər haqqında ilkin anlayışlar və vergi tutma prinsipləri
  • Sığorta ödənişləri haqqında anlayışlar
  • Mədən vergisi
  • Aksiz vergisi
  • Yol vergisi
  • Əmlak vergisi
  • Sadələşdirilmiş vergi
  • Əlavə dəyər vergisi
  • Fiziki şəxsin gəlir vergisi və ödəniş mənbəyindən hesablanan vergi
  • Mənfəət vergisi
  • Vergi uçotunun təkrarı
  • Əmək müqaviləsinin bağlanması və hesablanması
  • Məzuniyyət və ezamiyyə xərclərinin hesablanması
  • E-taxes, e-customs, e-gov, ƏMAS proqramı
  • Onlayn kargüzarlıq, E-qaimə
  • Ərizələr
  • Sənədləşmə işləri
  • Şəxsi hesab vərəqəsinin təhlili
  • Bəyannamələrin göndərilməsi
  • Gömrük ödənişləri
  • Bank ödənişləri
  • Vergi ödənişləri
  • Şirkətin yaradılması
  • İşçilərlə müqavilə
  • Əmək haqqının hesablanması
  • Mal alışı
  • Ehtiyyat və xidmət alışı
  • Malın istehsalı
  • Gömrük əməliyyatları
  • Bank əməliyyatları
  • Debitor və kreditor əməliyyatları
  • Mal və xidmətin satışı
  • Saldo dövriyyə cədvəlinin analizi
  • Mənfəət və zərər hesabının hazırlanması

 

Dərslər həftədə 2 dəfə 2 saat olmaqla tədris olunur.  

 

Təlimçi: 

Musa Vəliyev

Vergi uçotu sahəsində mütəxəssis olan təlimçimiz Musa Vəliyev, hal hazırda “Azərsun Holding” şirkətində baş mühasib vəzifəsində çalışır. PMS MHBS üzrə də sertifikasiya imtahanından keçmişdir. 

Şəkillər