Bu təlimimiz Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını (KOS üçün MHBS) əhatə etməklə PMS imtahanı üçün I mərhələyə hazırlığı əhatə edir. Təlim prosesi “Dövlət İmtahan Mərkəzi”nin proqramı əsasında həyata keçirilir.
- Mühasibat Uçotu Standartlarına Giriş, maliyyə hesabatları üzrə konseptual əsaslar;
- Hesablar və ikili qeydiyyat üsulu ilə maliyyə hesabatı;
- KOS-lar üçün maliyyə hesabatı formaları və onun tərkib elementləri, KOS-larda sınaq balansından maliyyə hesabatlarına keçid;
- Maliyyə bərabərliyində əməliyyatların qeydiyyatı, hesablar və ikili qeydiyyat üsulu ilə maliyyə hesabatı formalarının hazırlanması;
- Diskontlaşdırma;
- Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin, ehtiyatların uçotu;
- Dövlət subsidiyaları;
- Aktivlərin qiymətdən düşməsi;
- Debitor borcların, ümidsiz və şübhəli borcların uçotu;
- Kreditor borcların, alınmış avansların, gələcək dövrün gəlirlərinin və s. kreditor və debitor xarakterli hesabların, valyuta məzənnələrinin uçotu;
- Maliyyə alətləri, gəlirlər;
- Mənfəət vergisi və təxirə salınmış verginin, qiymətləndirilmiş öhdəliklərin uçotu;
- Hesabat tarixindən sonrakı hadisələr, işçilərin mükafatlandırılması;
- KOS-larda PVHHH-nin hazırlanması;
- Hiperinflyasiya;
- Konsolidə olunmuş maliyyə hesabatlarının hazırlanması;
- Konsolidə olunmuş mənfəət və zərərlər haqqında hesabat;
- Mühasibat Uçotu Üzrə Qanun və Qaydalar;
- KOS-lar üçün Hesablar Planı.