İS MUBS təlimi İctimai Sektor üçün Beynəlxalq Mühasibat Uçotu Standartlarının məqsədi, tətbiqi sahəsi, mühim anlayışları, o cümlədən hər bir standartın vacib nüanslarının nəzərdən keçirilməsini əhatə etməklə PMS imtahanına hazırlıqdır. Təlim prosesi “Dövlət İmtahan Mərkəzi”nin proqramı əsasında həyata keçirilir.
- İctimai sektor üçün MHBS təlimi - I səviyyə təlim proqramına daxildir:
- Beynəlxalq Mühasibat Uçotu Standartlarına Giriş;
- İctimai Sektorda Mühasibat Uçotunun Konseptual Əsasları;
- Maliyyə hesabatlarının təqdimatı;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- Uçot siyasəti, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər;
- Seqment hesabatları;
- Maliyyə hesabatlarında büdcə məlumatlarının təqdimatı;
- Qeyri-kommersiya əməliyyatları üzrə gəlirlər, birja əməliyyatları üzrə gəlirlər;
- Tikinti Müqavilələri;
- Ehtiyatlar, torpaq, tikili və avadanlıqlar;
- Qeyri-maddi aktivlər , investisiya mülkiyyəti;
- Maliyyə alətlərinin təqdimatı, maliyyə alətləri tanınma və qiymətləndirmə;
- Pul vəsaitləri yaratmayan aktivlərin dəyərdən düşməsi;
- Pul vəsaitləri yaradan aktivlərin dəyərdən düşməsi;
- Borclar üzrə məsrəflər, qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər;
- İcarə, xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri;
- Hesabat tarixindən sonrakı hadisələr, kənd təsərrüfatı;
- Konsolidə edilmiş maliyyə hesabatları, məzənnə (standart №13);
- Təşkilatlar üçün Hesablar Planı, təşkilatların Maliyyə Hesabatı Formaları;
- Büdcə təşkilatlarında əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq.
- Vergi Məcəlləsinin ümumi müddəaları, vergilərin ödənilməsi üzrə ümumi qaydalar
- Mülki qanunvericiliyin obyekt və subyektləri, fiziki şəxslər və onların hüquq və fəaliyyət qabiliyyəti barəsində əsas müddəalar
- Əmlak və əşya hüququna dair ümumi müddəalar, əşyaların növləri, daşınmaz və daşınar əşyalar və hüquqlara mülkiyyət hüququ
- Öhdəliklər haqqında ümumi müddəalar, müqavilə anlayışı, növləri, bağlanma, dəyişilmə və ləğv qaydaları, öhdəliklərin icrası və təminat üsullarına dair əsas müddəalar
- Əmək Məcəlləsinə giriş, əmək münasibətlərinin əsasları, əmək məcəlləsinin qüvvəsi və tətbiqinin əsasları
- Əmək haqqı, onun tərkibi, müxtəlif şərtlərdə ödənilən əmək haqqı barədə əsas şərtlər
- İşçi və işəgötürənlərin qarşılıqlı maddi məsuliyyəti, ziyanın hesablanması qaydası
- Büdcə sistemi haqqında qanunvericilik, büdcə sistemi və təsnifatı
- Dövlət büdcəsinin icrası, kassa icrası və icrası barədə hesabat, büdcə xərclərinin funksional, iqtisadi, inzibati təsnifatı
- Dövlət büdcəsi ilə Naxçıvan Muxtar Respublikasının büdcəsi, yerli büdcələr və büdcədənkənar dövlət fondları arasında qarşılıqlı əlaqə
Təlimçi:
Xanlar Heydərov - 16 illik elmi-pedaqoji staja malik, İqtisad üzrə fəlsəfə doktoru olan təlimçimiz PhD. Xanlar Heydərov, İctimai Sektor - Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə II səviyyə PMS sertifikatı əldə etmişdir. Bakı Mühəndislik Universitetində Maliyyə uçotu, İctimai sektorda maliyyə hesabatlılığı fənlərini tədris edir.
İctimai sektor üçün MHBS təlimi - II səviyyə təlim proqramına daxildir:
- Vergi Məcəlləsinin ümumi müddəaları, vergilərin ödənilməsi üzrə ümumi qaydalar
- Mülki qanunvericiliyin obyekt və subyektləri, fiziki şəxslər və onların hüquq və fəaliyyət qabiliyyəti barəsində əsas müddəalar
- Əmlak və əşya hüququna dair ümumi müddəalar, əşyaların növləri, daşınmaz və daşınar əşyalar və hüquqlara mülkiyyət hüququ
- Öhdəliklər haqqında ümumi müddəalar, müqavilə anlayışı, növləri, bağlanma, dəyişilmə və ləğv qaydaları, öhdəliklərin icrası və təminat üsullarına dair əsas müddəalar
- Əmək Məcəlləsinə giriş, əmək münasibətlərinin əsasları, əmək məcəlləsinin qüvvəsi və tətbiqinin əsasları
- Əmək haqqı, onun tərkibi, müxtəlif şərtlərdə ödənilən əmək haqqı barədə əsas şərtlər
- İşçi və işəgötürənlərin qarşılıqlı maddi məsuliyyəti, ziyanın hesablanması qaydası
- Büdcə sistemi haqqında qanunvericilik, büdcə sistemi və təsnifatı
- Dövlət büdcəsinin icrası, kassa icrası və icrası barədə hesabat, büdcə xərclərinin funksional, iqtisadi, inzibati təsnifatı
- Dövlət büdcəsi ilə Naxçıvan Muxtar Respublikasının büdcəsi, yerli büdcələr və büdcədənkənar dövlət fondları arasında qarşılıqlı əlaqə
Təlimçi:
Tural Abbasov - 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq Münasibətlər” ixtisasını bitirmişdir. Odlar Yurdu Universitetində “Maliyyə nəzarəti və audit” ixtisası üzrə magistr təhsili almış və hal-hazırda təhsilini İqtisadi Elmi Tədqiqat İnstitutunda “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə dissertanturada davam etdirir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində, Azərbaycan Universitetində, Odlar Yurdu Universitetində və Bakı Dövlət Universitetində vergitutma və vergi sahəsində müxtəlif mövzular üzrə dərslər tədris etmiş və etməkdədir. Azərbaycanda və dünyanın bir çox ölkələrində maliyyə, vergi, iqtisadiyyatın digər sahələri və biznes mövzuları üzrə çox sayda təlimlərin, təlim proqramlarının, konfransların, seminarların və digər tədbirlərin iştirakçısı olmuşdur.
Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (KOS üçün MHBS) üzrə və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və II səviyyə üzrə Peşəkar Mühasib Sertifikatlarına malikdir. “Sahibkar qadınların vergi biliklərinin artırılması” layihəsinin layihə müəllifi və rəhbəri olmaqla yanaşı, ölkə ərazisində həyata keçirilən bir çox layihələrdə vergi sahəsi üzrə ekspert və təlimçi olaraq iştirak etmişdir. Təlimçi tərəfindən “vergi qanunvericiliyi”, ”vergi uçotu”, “beynəlxalq vergitutma” mövzuları üzrə təlimlər həyata keçirilir.
Təlimçi Peşəkar Mühasib Sertifikatının 2-ci mərhələsi (Vergi qanunvericiliyi) üzrə çoxsaylı təlimlər həyata keçirmiş və keçirməkdədir. Bu istiqamətdə formalaşmış təcrübə və yanaşmaların nəticəsində təlimlərində iştirak edən iştirakçıların imtahanın 2-ci mərhələsində uğur qazanma nəticələri çox yüksəkdir.