Bu təlimimiz Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını (MHBS) əhatə etməklə PMS imtahanı üçün I mərhələyə hazırlığı əhatə edir. Təlim prosesi “Dövlət İmtahan Mərkəzi”nin proqramı əsasında həyata keçirilir. Təlim proqramına daxildir:
- Beynəlxalq mühasibat uçotu standartlarına giriş Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar
- Maliyyə hesabatlarının təqdimatı (1 №-li MUBS)
- Torpaq, tikili və avadanlıqlar (16 №-li MUBS)
- Borclar üzrə məsrəflər (23 №-li MUBS)
- Dövlət Subsidiyaları (20 №-li MUBS)
- İnvestisiya mülkiyyəti (40 №-li MUBS)
- Kənd təsərrüfatı (41 №-li MUBS)
- Qeyri-maddi aktivlər (38 №-li MUBS)
- Aktivlərin Qiymətdən düşməsi (36 №-li MUBS)
- Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar (5 №-li MHBS)
- Ehtiyatlar (2 №-li MUBS)
- Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər (8 №li MUBS) Ədalətli Dəyərin Ölçülməsi (13 №-li MHBS)
- Qiymətləndirilmiş öhdəliklər, Şərti öhdəliklər və Şərti aktivlər (37 №-li MUBS) Hesabat dövründən sonrakı hadisələr (10 №-li MUBS)
- Maliyyə alətləri (9 №-li MHBS) Maliyyə alətləri Məlumatın açıqlanması (7 №-li MHBS)
- Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiriı (21 №-li MUBS)
- Müştərilərlə müqavilələr üzrə gəlirlər (15 №-li MHBS)
- İcarələr (16 №-li MHBS)
- Mənfəət vergisi (12 №-li MUBS)
- Səhm üzrə mənfəət (33 №-li MUBS)
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (7 №-li MUBS)
- Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları (10 №-li MHBS)
- Konsolidə olunmuş mənfəət və zərərlər haqqında hesabat (10 №-li MHBS)
- Asılı müəssisələrə və birgə müəssisələrə investisiya qoyuluşları (28 №-li MUBS)
- Mühasibat Uçotu Üzrə Qanun və Qaydalar
Təlimçi:
Babək Bədəlov - Maliyyə, mühasibatlıq sahəsində 18 illik yüksək vəzifələrdə zəngin iş təcrübəsinə malik olan PMS - Peşəkar Mühasibatlıq Sertifikasiyası I mərhələ üzrə təlimçimiz Babək Bədəlov, IAB Mühasibat Uçotunun Beynəlxalq Standarları, ICFM Maliyyə Meneceri və Maliyyə Analitikası, Professional Daxili Audit, Beynəlxalq Maliyyə Hesabatları Standartları Sertifikatları və DİM Peşəkar Mühasib Sertifikatlarının sahibidir.
Elvin Həsənov - Mühasibat uçotu, MHBS kitabının müəllifi olan Elvin Həsənov maliyyə sahəsində 13 illik yüksək vəzifələrdə iş təcrübəsinə malikdir və hazırda tələbələrimizə PMS - Peşəkar Mühasibatlıq Sertifikasiyası üzrə imtahana hazırlıq təlimləri keçməkdədir. Son sessiyalarda tələbələrinin 90% uğurlu nəticə əldə edərək, PMS sertifikatı qazanmış, ölkə üzrə 1,2-ci yerlər tutmuşdur.