Əmək Məcəlləsi və Kadr Kargüzarlığı, ƏMAS

  • Ana səhifə
  • Əmək Məcəlləsi və Kadr Kargüzarlığı, ƏMAS

Əmək qanunvericili və kadr kargüzarlığı üzrə təlimin proqramı aşağıdakıdır:

 

Əmək qanunvericiliy üzrə:

-    Əmək Məcəlləsinin əsas müddəaları;

-    Əmək müqaviləsi, əmək müqaviləsinin bağlanması qaydaları;

-    Əmək müqaviləsinin müddəti;

-    Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi;

-    Sınaq müddətinin müəyyən olunması;

-    Əmək şəraitinin şərtləri, əmək şəratinin əlavə şərtləri, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi

-    Başqa işə keçirmə, başqa işçinin əmək funksiyalarının icrası;

-    İşçilərin və iş yerlərinin attestasiyası;

-    Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları, xitam verilərkən işçilərin təminatları;

-    İş vaxtının növləri və tənzimlənməsi qaydası;

-    İş vaxtının rejimi;

-    İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları;

-    Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları;

-    Əmək haqqı;

-    Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar;

-    Orta əmək haqqı və onun hesablanması qaydası;

-    Əmək və icra intizamı;

-    Müəssisədaxili intizam qaydaları;

-    Əmək və icra intizamının pozulmasına görə və onun tətbiqi qaydaları

-    İntizam tənbehinin verilməsi qaydaları, şərtləri, intizam tənhebinin müddəti və vaxtından əvvəl götürülməsi;

-    İşəgötürənin və işçilərin qarşılıqlı maddi məsuliyyəti;

-    İşçinin tam maddi məsuliyyəti,

-    Tam maddi məsuliyyət müqaviləsinin bağlanması;

 

Kadr kargüzarlığı üzrə:

-    Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitam verilməsinin sənədləşdirilməsi qaydaları;

-    Bütün növ məzuniyyət əmrlərinin tərtib edilməsi qaydaları;

-    Bildirişlərin, aktların, sərəncam və qərarların tərtib edilməsi qaydaları;

-    Bütün növ xitam əmrlərinin tərtib edilməsi qaydaları;

-    Xidməti məlumatların hazırlanması qaydaları;

-    Ezamiyyə sənədlərinin hazırlanması;

-    Daxili nizam intizam qaydalarının hazırlanması;

-    Vəzifə təlimatlarının hazırlanması;

 

ƏMAS üzrə əməliyyatların həyata keçirilməsi qaydası:

-    Strukturun yaradılması;

-    Şöbələrin (departamentlərin) yaradılması;

-    Ştatların yaradılması;

-    Təsdiq edilmiş ştatların e-sosial.az-da yerləşdirilməsi;

-    İşəgötürən səlahiyyətinin verilməsi qaydası;

-    Əmək müqaviləsi bildirişlərinin qeydiyyatı;

-    Əmək müqaviləsinə dəyişikliyin qeydiyyata alınması;

-    Xitam əmrlərinin qeydiyyata alınması;

-    Əmək müqaviləsi bildirişinin keçmiş tarixə icazə müraciətinin yaradılması;

-    Xitam əmrinin etibarsızlaşdırılması üzrə müraciət yaratmaq;

 

Təlimi 0-dan və ən əsası TAM PRAKTİKİ, RƏSMİ PORTAL ÜZƏRİNDƏN işləyərək tədris edilir. Təlim sonunda tam professional şəkildə iş görüşlərində iştirak etməyə və işləməyə hazır olursunuz. Təlim sonunda sertifikat, tövsiyə məktubu və daimi mentorluq dəstəyi alırsınız.  

 

Təlim müddəti: 12 dərs (həftədə 2 dəfə)

 

Təlimçi: 

Ramin Hacıyev

10 ilə yaxın İnsan Resursları üzrə Rəhbər kimi çalışan təlimçimiz Ramin Hacıyev hal hazırda "AZLIFT PRO" QSC şirkətində İnsan Resursları şöbəsinin rəhbəri vəzifəsində çalışır. 

Şəkillər