PTİM-in ADU- da təqdimatı oldu

PTİM-in ADU- da təqdimatı oldu

PTİM-in ADU- da təqdimatı oldu

“Karyera Dəyişikliyi Proqramı”

Rus bölməsi üzrə məktəbəqədər təhsil sahəsində çalışmaq istəyənlərin nəzərinə!

 

“Peşəkar Təlim və İnkişaf Mərkəzi” məktəbəqədər təhsil sahəsində çoxillik təcrübəyə və peşəkar işçi heyətinə malik “Kaspi” Təhsil Şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Karyera Dəyişikliyi Proqramı”na müraciətlərin qəbulunu elan edir.

Proqramın məqsədi müxtəlif peşə və ixtisaslara malik, lakin gələcəkdə məktəbəqədər təhsil sahəsində çalışmaq istəyən şəxslərin müvafiq bilik və bacarıqlara yiyələnməsinə dəstək olmaqdır.

Əgər sizin orta və daha yüksək səviyyədə rus dili biliyiniz və hər hansısa sahə üzrə ali və ya orta ixtisas təhsiliniz varsa, eləcə də gələcək karyeranızı məktəbəqədər təhsil sahəsində davam etdirmək istəyirsinizsə, bu Proqram sizin üçündür.

 

“Peşəkar Təlim və İnkişaf Mərkəzi” və “Kaspi” Təhsil Şirkətinin razılaşmasına əsasən iştirakçılar 3 aylıq nəzəri və praktiki təlim proqramının sonunda qiymətləndirmə nəticəsinə əsasən “Kaspi” Təhsil Şirkətində işlə təmin olunma imkanı da əldə edəcəklər.

 

Proqram barədə məlumat:

  • Müddət  – 3 ay
  • İştirakçı sayı – 25 nəfər
  • İştirak haqqı – 150 AZN
     

Proqrama seçilmək üçün tələblər:

  • Orta və ya daha yüksək səviyyədə rus dili biliyi
  • Ali və ya orta ixtisas təhsili
  • Azyaşlı uşaqlarla işləmək istəyi və həvəsi
     

Proqrama iştirakçıların seçimi müsahibə yolu ilə aparılacaq. Seçim prosesində ən yüksək nəticə göstərmiş 5 nəfər Proqramda ödənişsiz iştirak etmək imkanı əldə edəcək.

 

Sonda Proqramı uğurla başa vurub “Kaspi” Təhsil Şirkətində işlə təmin olunan şəxslərə Proqram üzrə ödənilmiş tam məbləğ (150 AZN) geri qaytarılacaq.

Son müraciət tarixi: 25.02.2020